“Vosmoy bazarı”ı ilə bağlı VACİB QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

“Vosmoy bazarı”ı ilə bağlı VACİB QƏRAR

Sosial

09 Dekabr 2023 10:01 1846


Bakıda, 8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hüquqi şəxs "Nəzrin-E" MMC-yə məxsus həmin hissədə planlı yoxlama aparıb.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu müəyyən edilib. Toyuqlu pizza

Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov "Xəzər Xəbər"ə bildirib ki, araşdırma zamanı həmçinin bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Nəticədə həmin yerdə süd və süd məhsullarının satışı qadağan edilib.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu cür planlı yoxlamalar davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!