Vüqar Əhmədov vətəndaşları qəbul etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Əhmədov vətəndaşları qəbul etdi - FOTO

Sosial

30 Yanvar 2023 16:38 589


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov yanvarın 30-da saat 10:00-da İsmayıllı şəhərində İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib. 

Yenisabah.az xəbər verir  ki, qəbul “Azərişıq” ASC-nin İsmayıllı Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib. 

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.  pizza sifarişi

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərindəki  abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib. 

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib. 

 Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!