25 May - 23:50
Vüqar Səfərli ayaqyoluna gedəndə... 

Vüqar Səfərli ayaqyoluna gedəndə... 

Yazar

22 Dek 2021 14:41


Bir vaxtlar səsi-sorağı Türkiyənin gəzməli-görməli yerlərindən gəlirdi, Rusiyadan vurub Prussiyadan çıxırdı. Bir qrup "media kapitanı" da həmişə yan-yörəsində olurdu. V.Səfərlinin hesabına kef çəkirdilər. 

V. Səfərli təyyarədə rahat yatsın deyə nağıl danışan kim, üzü gülsün deyə restoranda dombalaq aşan kim. 

Aralarında vəzifə bölgüsü də aparmışdılar, yaşlı-baslı baş redaktorlardan biri hər dəfə V.Səfərlinin pencəyini tutur, o biri həmisə avtomobilin qapısını açırdı.

Bir dəfə müsahibəmdə də demişdim, V. Səfərli ayaqyoluna gedəndə bəzi "media kapitanları" qapının ağzında növbəyə dururdular və yalvarırdılar ki, içəridən gələn iy-qoxu onların da bahalı kostyumlarına hopsun...

V. Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə uzun müddətli səfərə göndərildi. Bundan sonra onun həqiqətən də diqqət və qayğıya ehtiyacı olacaq. 

V.Səfərlinin hesabına gün görən, qəzetlərinin nüfuzu asağı endikcə avtomobilləri böyüyən, qəzetlərinin tirajı azaldıqca məşuqələri çoxalan həmin "media kapitanları" vəfa borcu ödəməyin zamanıdır. Gedib köhnə dostunuzu ziyarət edin, maddi və mənəvi dayaq durun.

Ölməz Mirzə Cəlilin "Ölülər" pyesində qəbirstanlıq səhnəsi var. Şeyx Əhməd camaata deyir ki, kim ölüsünün dirilməsini istəyirsə gəlsin ədəb ilə desin, mən də adını bu kitaba yazım...

V.Səfərlinin yatdığı cəzaçəkmə müəssisəsinə ziyarətə getmək istəyində olan "media kapitanları" adınızı deyin, mən də yazım...

Etibar Cəbrayıloğlu

 


Youtube kanalımız


Digər xəbərlər