Vüsal Nəsirli Prezidentin işdən çıxardığı şəxsə yeni vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Vüsal Nəsirli Prezidentin işdən çıxardığı şəxsə yeni vəzifə verdi

Siyasət

29 İyul 2026 11:00 1110


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyevə yeni vəzifə verilib.

“Yeni Sabah” Manset.az-a istinadən xəbər verir ki, AAYDA-nın yeni təyin olunan sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Hüsnü Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir. Pepperoni pizza

Qeyd edək ki, Hüsnü Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!