Vüsalə Əlizadə kirayə evdən köçdüyünü bildirib.
“Yeni Sabah” xəbər verir ki, aparıcı “Instagram” hesabında özgə evdə yaşayın onun üçün həm fiziki, həm də mənəvi baxımdan ağır keçdiyini etiraf edib.
V.Əlizadə illərdir övladının təhsili və gələcəyi naminə bu çətinliklərə dözdüyünü vurğulayıb: pizza hut
“Heç sevmirəm köç etməyi. Yorğun, gərgin, hər şey dağınıq... Eyni zamanda, çiyninə yükdən də ağır xatirələr alırsan. Enerjini saçdığın, nəfəsinlə isitdiyin, qəhqəhələr atdığın, bəzən də bir küncünə qısılıb körpə uşaq kimi ağladığın, acılı, şirinli xatirələr... Çox yoruldum. İllərdir balamı dişimə tutub onun təhsili, gələcəyi üçün bu yükə qatlandım”.
Aparıcı yaşadığı hər kirayə evə doğma münasibət bəslədiyini qeyd edib və gələcəkdə öz evinə köçəcəyinə ümid etdiyini ifadə edib:
“Amma kirayədə olduğum hər evə yad ev demədən o qədər sevgi verdim, o qədər bağlandım ki... Əminəm ki, Allah məni yenə mükafatlandıracaq. Haqqıma girənləri, babalımı yuyanları Allaha həvalə etdim. Allah qismət etsin, tezliklə öz evimizə köçək. Amin”.
Aydan Hacı
Telegram kanalımız