“WhatsApp”dan statuslarla bağlı möhtəşəm yenilik – FOTO

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”dan statuslarla bağlı möhtəşəm yenilik – FOTO

Sosial

11 Aprel 2023 07:17 32732


Məşhur “WhatsApp” mesencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər. Belə ki, mesencerdə dərc olunan statuslar birbaşa “Facebook” sosial şəbəkəsində görünə biləcək.

Seçimi “status məxfilik parametrləri”ndə aktivləşdirmək mümkün olacaq. İstifadəçilər status yeniləmələrini artıq “Facebook”un “hekayə” bölməsində paylaşmaq istəmədiklərini qərara alanda isə bu seçimi bağlaya bilərlər.

Funksiyanın gələcəkdə “Instagram” üçün də tətbiq olunması planlaşdırılır. pizza sifarişi

Opsiya hazırda “WhatsApp”ın iOS 23.7.0.75 üçün beta versiyasında mövcuddur və gələcək yeniləmədə buraxılacaq. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!