Xaçmazda iki mərtəbəli evdəki yanğın söndürüldü - YENİLƏNİB

Xaçmazda iki mərtəbəli evdəki yanğın söndürüldü
Sent 11, 2019 23:50
Oxunma sayı: 57

Xaçmaz rayonunun Hacıəlibəy kəndində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***21:25

Xaçmazda fərdi yaşayış evi yanır. 

“Yeni Sabah” xəbər verir ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində 2 mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün Xaçmaz Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının elektrik enerjisinin qəflətən azalıb çoxalmasının səbəbindən baş verdiyi bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

Yenisabah.az