Xankəndi ilə bağlı daha bir ŞAD XƏBƏR - Nazir AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi ilə bağlı daha bir ŞAD XƏBƏR - Nazir AÇIQLADI

Sosial

13 Dekabr 2023 11:23 887


"Xankəndidə peşə təhsili müəssisəsi açılacaq".

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Xankəndidə Qarabağ Universitetinin nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yeri və ilkin planları var: "Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır". pizza mizza

E.Əmrullayev bildirib ki, azad olunan ərazilərdə 8 peşə təhsil müəssisəsi yenidən qurulacaq: "Füzulidə yeni peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, artıq tikintisinə də başlanılıb, iki il sonra tələbələri görəcəyik. Şuşada peşə təhsil müəssisəsinin yenidən qurulması prosesinə də start verilib". (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!