Xankəndi sakinləri “Azəriqaz”a müraciət etdilər

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi sakinləri “Azəriqaz”a müraciət etdilər

Sosial

10 İyun 2022 23:03 1415


"Sizdən xahiş edirəm ki, İsmayıllı rayonunun Kürdüvan və Xankəndi kəndlərinin qazlaşdırılmasını diqqətdə saxlayasınız. Mavi yanacağın olmaması bizlərə xeyli çətinlik yaradır".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xankəndi kənd sakini Cəsarət Mahmudov "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində İsmayıllı rayonunda vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

Aksiyaya üz tutan sakinlər sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının, əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, qaz xəttinin yerinin dəyişdirilməsi və qazlaşma ilə bağlı müraciət ediblər. Daxil olan müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev, Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Behbudov və Birliyin digər məsul şəxsləri tərəfindən cavablandırılıb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!