Xaricdə gizlənən şəxs Azərbaycana gətirildi -   Sifarişli qətlin QARANLIQ SİRRİ

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə gizlənən şəxs Azərbaycana gətirildi - Sifarişli qətlin QARANLIQ SİRRİ

Kriminal

13 Avqust 2026 16:16 264


Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ruslan Əsgərov Moldovadan Azərbaycana ekstradisiya edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. pizza sifarişi

1981-ci il təvəllüdlü Ruslan Əsgərov Samux rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə sifarişlə qəsdən adam öldürməni təşkil etməkdə əsaslı şübhəli bilinib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

İstintaqdan yayınaraq gizləndiyinə görə Ruslan Əsgərov beynəlxalq axtarışa verilib. O, Moldova ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qeyd edək ki, həmin cinayət işi üzrə daha əvvəl iki şəxs barəsində ibtidai istintaq yekunlaşdırılaraq iş məhkəməyə göndərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin icraçısı Elvin Mehdiyev 18 il, köməkçisi Tural Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!