Xəstəxanada ölən 9 yaşlı uşaqla bağlı  AÇIQLAMA
03 İyn 2020 12:41
378

Xəstəxanada ölən 9 yaşlı uşaqla bağlı AÇIQLAMA

Ötən gün 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində həkim müdaxiləsinə baxmayaraq, 9 yaşlı uşaq həyatını itirib. 

Bildirək ki, 2011-ci il təvəllüdlü Emin Abdullayev mayın 28-də kəskin appendisit diaqnozu ilə xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı keçirib, əməliyyatdan sonar reanimasiya şöbəsinə yerləşdirilib və elə reanimasiya şöbəsində də dünyaya gözlərini yumub. 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib: “Xəstə dünən rəhmətə gedib və artıq hadisə ilə bağlı araşdırmaya başlanılıb. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarı isə hələki çıxmayıb. Çıxdıqdan sonar dəqiq ölüm səbəbi bilinəcək”. 

Sayad Həsənli

Oxşar xəbərlər