Xətai rayonu 116 saylı tam orta məktəbdə "Çempionumuz" sosial idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilib.
“Yeni Sabah” xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, "Cüdo" idman növü üzrə London Paralimpiya oyunlarının qalibi, dünya və avropa çempionu Ramin İbrahimov, 116 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova və məktəbin istedadlı gəncləri və idmançıları iştirak ediblər.
İlk öncə layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara ətraflı məlumat verilib. pizza hut
Vüqar Rəhimzadə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsinin yeniyetmə və gənclər üçün mühim əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıb. O bildirib ki, idmanın inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmaqla yanaşı, onların qarşısında beynəlxalq yarışlarda qalib olan idmançılar kimi gözəl nümunələr olmalıdır. Ramin İbrahimov gənclərə nümunə olan həmin idmançılardandır. YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilib. İdmançılarımızın qazandığı uğurlar ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır.
Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev və 116 saylı tam orta məktəbin direktoru Gülnaz Kərimova çıxış edərək Xətai rayonunun istedadlı gəncləri və idmançıları haqqında ətraflı məlumat veriblər.
Daha sonra çıxış edən Ramin İbrahimov görüş iştirakçılarına keçdiyi şərəfli idman yolu haqqında ətraflı məlumat verib, gənclər tərəfindən verilən sualları cavablandırıb.
Sonda Ramin İbrahimovla xatirə şəkilləri çəkildirilib.
Telegram kanalımız