"Bu şəhərdə" komandasının konsertində qurama ər-arvad davası çoxlarının xoşuna gəlməyib.
Yenisabah.az ölkə.az-a istinadla xəbər verir ki, səhnəcik sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bəzi sosial şəbəkə istifadəçiləri bu şounu "mənasız" , "səviyyəsiz" və s. adlandırıblar. Dominos pizza
"Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasov bu tipli şouların hələ çox olacağını deyib:
"Bu, adi bir fləşmob idi. Kiminsə xoşuna gəlir, kimlərsə bəyənmir, müzakirə edir və s. Dar düşüncəli bədbəxt insanlar var. Yumoru başa düşmək üçün də intellekt lazımdır. O yoxdursa, indi biz nə edək? Bədbəxtdirlər!
Bizim üçün əsas odur ki, zala gələn tamaşaçıların hamısının xoşuna gəldi. Hamısı həzz aldı, ləzzət aldı. Bizim özümüzün də xoşumuza gəldi. İndidən deyirəm, inşallah qismət olsa, gələcəkdə də bunu dəfələrlə təkrar edəcəyik. Xoşuna gəlməyənlərə deyirəm ki, baxmasınlar. Getsinlər öz səviyyələrində olan şeylərə baxsınlar.
Min şükür, bu dəqiqə sosial şəbəkələr doludur. Tənqid edənlərin səviyyəsində olan yumorlara uyğun ayrı-ayrı kontentlər var, doludur. Getsinlər, oturub ailəvi baxsınlar. Bizim öz tamaşaçılarımız bizə yetər. Allah bizim tamaşaçıları qorusun.
Belə də ki, fikirlər müxtəlif olmalıdır və min şükür ki, bizi müzakirə edirlər. Min şükür ki, yaxşı, pis, tərif, tənqidlə "Bu şəhərdə" 25 ildir var. İnşallah indidən sonra da bir 10 il də müzakirə etsinlər, sonra baxarıq".
Telegram kanalımız