Xəzər dənizində   KRİTİK VƏZİYYƏT - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizində KRİTİK VƏZİYYƏT - VİDEO

Sosial

30 Sentyabr 2026 00:24 99


Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib.

"Yeni Sabah" "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər.

Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Seyid Səfərovun sözlərinə görə, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2.5 metr azalıb. Sahil ərazilərində suyun səviyyəsi 1.5 metrdən çox düşüb. Sezar pizza

Xəzər dənizində su səviyyəsinin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan ciddi fəsadlara səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, proses bu sürətlə davam edərsə, sahilyanı ərazilər, gəmiçilik, neft-qaz sənayesi və biomüxtəliflik ciddi təsirlərlə üzləşə bilər.

Buna görə də Xəzərdə su səviyyəsinin dəyişməsinin səbəblərinin araşdırılması və mümkün risklərin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!