Xəzərdə qanunsuz ov edənlər cəzalandırıldı

Xəzərdə qanunsuz ov edənlər cəzalandırıldı

Sosial

07 Fevral 2023 09:48 408


Xəzər dənizinin Siyəzən və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib. 

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Şabran şəhər sakinləri Zaur Şaliyev, Əlvan Əmiraslanov, Dilman Əmiraslanov, Seymur Kazımov, İnqilab Kazımov, Mayıl Aydəmirov, Eldəniz Əmrəliyev, Siyəzən rayon sakinləri Cavid Quliyev, Mahir Əsgərov, Saleh Əsgərov, Fərhad Əliyev, Cəlal Əsgərov, Mahəddin Əkbərov və Sumqayıt şəhər sakini Faiq İbadov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 300 metr uzunluğunda 4 ədəd sintetik tor götürülüb: 

"Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Üç fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilməsi üçün hazırlanır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!