Çakarın da Azərbaycana girişi qadağan olunub

saytların hazırlanması

Evə çatdırılma

Çakarın da Azərbaycana girişi qadağan olunub

Siyasət

21 Oktyabr 2026 13:58 111


Türkiyəli məşhur idman şərhçisi və keçmiş futbol hakimi Ahmet Çakar Azərbaycanda arzuolunmaz şəxs elan edilib və onun ölkə ərazisinə girişinə qadağa qoyulub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, Türkiyə Respublikasının 31 vətəndaşı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq arzuolunmaz şəxs elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub. pizza sifarişi

Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!