Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Hadisə

21 Avqust 2026 21:23 28


Xocavənddə mina partlayışında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xocavənd rayonunun Düdükçü kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan 1983-cü il təvəllüdlü kişi avqustun 21-də saat 14 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Pasiyentə baş, boyun və üzün sol yarısının, eləcə də yuxarı ətraf və bud nahiyəsinin çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub. Dominos pizza

Ona zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!