Xüsusi əməliyyat keçirildi, bir neçə vəzifəli şəxs saxlanıldı
08 Noy 2019 18:21
389

Xüsusi əməliyyat keçirildi, bir neçə vəzifəli şəxs saxlanıldı

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər.

"Yeni Sabah" xəbər verir ki, əməliyyat zamanı Poti Şəhər Şurasının sədri və daha dörd şəxs dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinirlər. Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir. /report.az

Oxşar xəbərlər