Yağış, duman, külək - Faktiki hava açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Yağış, duman, külək - Faktiki hava açıqlandı

Sosial

24 Noyabr 2023 11:12 412


Milli Hidrometeorologiya Xidmətinin noyabrın 24-ü səhər saatlarına olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi şərq rayonlarında yağış yağıb.

Yağış: Quba, Qusar, Şəki, Xaçmaz, Şabran, Şahdağ, Xaltanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Duman: Quba, Qusar, Xaltan, Qrızda müşahidə olunub. pizza sifarişi

Külək: Şimal-qərb küləyi arabir Tərtərdə 22 m/s, Şahdağ, Mingəçevir, Balakəndə 20 m/s, Bərdə 19 m/s, Şəki, Sabirabad, Ağdam, Naftalanda 18 m/s, Lerik, Gədəbəydə 16 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 26 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!