Yağış, külək... - Sabahın HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Yağış, külək... - Sabahın HAVA PROQNOZU

Sosial

06 Sentyabr 2023 12:27 315


Milli Hidrometeorologiya Xidməti sentyabrın 7-də gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!