Yanğınsöndürənlər bu dəfə Azərbaycan bayrağını “xilas etdi“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Yanğınsöndürənlər bu dəfə Azərbaycan bayrağını “xilas etdi“ - Video

Sosial

13 May 2022 20:44 147


Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri qeyri-adi və sakinlərin marağına səbəb olan “xilasetmə əməliyyatı” keçiriblər. 

Belə ki, Bakı küləyinin haradansa gətirib Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki beşmərtəbəli binanın dördüncü mərətəbəsinin fasadına yöndəmsiz formada “quraşdırdığı” dövlət bayrağının bu vəziyyətini qəbul edə bilməyən FHN yanğınsöndürənləri xüsusi texnikadan istifadə etməklə bayrağı götürərək dövlət rəmzimizi “xilas ediblər”. 

Xatırladaq ki, ötən il qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi zamanı azərbaycanlı yanğınsöndürənlər kəndlərin birində xilasetmə əməliyyatı həyata keçirərkən fərdi evdə qalmış bayrağın yana biləcəyindən ehtiyat edərək, Türkyə Cümhuriyyətinin dövlət bayrağını xilas etmişdi. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!