YAP Xətai rayon təşkilatı məktəblilər arasında müsabiqə və yarışlara start verdi

saytların hazırlanması

Evə çatdırılma

YAP Xətai rayon təşkilatı məktəblilər arasında müsabiqə və yarışlara start verdi

Sosial

12 Aprel 2022 17:03 883


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsindəyik. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə işıq salınır.  Ümummilli Liderin  xidmətlərinin miqyası o qədər böyükdür ki, onları indiki və gələcək nəsillərə çatdırmaq üçün müxtəlif tərkibdə tədbirlərin keçirilməsinə böyük ehtiyac duyulur.

Ölkənin ictimai - siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası Ümummilli Liderin ideyalarının təbliğatçısı kimi Onun gördüyü işlərin, xidmətlərinin təbliği istiqamətində səylər göstərir, sıralarında birləşdirdiyi   800 minə yaxın üzvün hər biri bu işə öz töhfəsini verməkdən qürur duyur. 

YAP Xətai rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbirlərə start verib. Xətai rayon məktəbliləri arasında başlanan  inşa  müsabiqəsi, futbol və şahmat yarışları da bu tədbirlərin tərkib hissəsidir. Məktəblilər keçirilən inşa  müsabiqəsində  öz düşüncələri əsasında dövlətimiz və xalqımız qarşısındakı xidmətləri fonunda  dahi şəxsiyyətin  portretini yaradacaq, Onu necə düşündüklərini müsabiqədə fəal iştirakları ilə ifadə edəcəklər. Toyuqlu pizza

Sonda inşa   müsabiqəsinin, futbol və şahmat yarışlarının qalibləri qiymətli hədiyyələrlə  mükafatlandırılacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!