Yaponiyada dəhşətli yanğın: 33 nəfər öldü

Yaponiyada dəhşətli yanğın: 33 nəfər öldü
İyul 18, 2019
Oxunma sayı: 80

Yaponiyada animasiya studiyasında yanğın törədilib.

“Yeni Sabah” xarici mətbuata istinadən bildirir ki, hadisə Kioto şəhərində baş verib. 

Yanğın nəticəsində 33 nəfər ölüb. Azı 36 nəfər isə yaralanıb, onlardan 10 nəfərinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, yanğını bir nəfər törədib. O, hadisə yerində saxlanılıb.