Yaponiyada güclü zəlzələ: Onlarla yaralı var, sunami xəbərdarlığı edildi

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada güclü zəlzələ: Onlarla yaralı var, sunami xəbərdarlığı edildi

Dünya

28 İyul 2026 18:01 278


Yaponiyanın cənub-qərbində yerləşən Kyuşu adasında 7,1 bal gücündə zəlzələ baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Kumamoto prefekturasında, təxminən 10 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlardan sonra Ariake və Yatsuşiro dənizlərinin sahilləri üçün sunami xəbərdarlığı elan edilib. Sezar pizza

NHK telekanalının Yatsuşiro Tibb Mərkəzinə istinadən yaydığı məlumata əsasən, təbii fəlakət nəticəsində azı 50 nəfər xəsarət alıb. Xəsarət alanların sayının artacağı istisna edilmir.

Zəlzələ yollar və körpülərə ciddi ziyan vurub, bəzi binalar dağılıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bir sıra ərazilərdə yanğınlar qeydə alınıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Xilasetmə xidmətləri dağıntılar altında qalanların axtarışını davam etdirir.

Yaponiya hakimiyyəti sakinləri sahilboyu ərazilərdən uzaq durmağa, mümkün təkrar təkanlara qarşı ehtiyatlı olmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!