Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Yaponiyadan Rusiyaya qarşı yeni ərazi İDDİALARI
25 İyl 2021 15:05
586

Yaponiyadan Rusiyaya qarşı yeni ərazi İDDİALARI

Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları ilə çıxış edib.

Yenisabah.az Yaponiyanın “Qütb tədqiqatları Milli İnstitutuna” (NIPR) istinadən xəbər verir ki, iddialar Qərbi Antarktida bölgəsinə aiddir.

Belə ki, 1911-12 illərdə yaponlar bu ərazilərdə antarktik ekspedisiya təşkil ediblər və buna görə mövcud “Russkaya” stansiyasının fəaliyyətini qeyri-qanuni hesab edirlər.

Rusiya isə öz növbəsində Antarktida qitəsində Meri Berd sahillərinin hələ 1820-ci ildə rusiyalı admirallar Bellinqsqauzen və Lazarev tərəfindən açıldığını bildirir.

Qeyd edək ki, Yaponiya və Rusiya arasında Cənubi Kuril adaları ətrafında ərazi münaqişəsi mövcuddur. Bu səbəbdən iki ölkə arasında II Dünya Müharibəsindən sonra sülh müqaviləsi hələ də imzalanmayıb.  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər