Bir dövr Azərbaycanda da böyük maraqla izlənilən və ekranların ən sevilən seriallarından olan "Yaprak Dökümü" illər keçsə də, hələ də tamaşaçıların yaddaşındadır. Xüsusilə serialın qəhrəmanları zaman-zaman yenidən gündəmə gəlir.
"Yeni Sabah" xəbər verir ki, serialda Şevket obrazını canlandıran aktyor Caner Kurtaranın son görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Halil Ergün, Güven Hokna, Bennu Yıldırımlar, Gökçe Bahadır və Fahriye Evcen kimi məşhur aktyorların rol aldığı serialla tanınan Caner Kurtaran hazırda 47 yaşındadır. Dördpendirli pizza
Aktyor daha sonra "Aşk ve Ceza", "Tek Yürek", "Kimse Bilmez", "Eşkiya Dünyaya Hükümdar Olmaz" və "Hudutsuz Sevda" kimi seriallarda da rol alıb.
Uzun müddətdən sonra ortaya çıxan aktyorun yeni görüntüsü sosial şəbəkə istifadəçiləri arasında fərqli reaksiyalar doğurub. Bəziləri onun illər keçsə də dəyişmədiyini yazsa da, digərləri görünüşünün xeyli dəyişdiyini bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız