Yardımlıda vəzifəli şəxslər cərimələndi 

saytların hazırlanması

Evə çatdırılma

Yardımlıda vəzifəli şəxslər cərimələndi 

Sosial

13 Aprel 2023 10:33 608


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

DİN-dən Yenisabah.az-a verilən xəbərə görə, aprelin 11-də Yardımlı rayonunun ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Sırıq kənd Bələdiyyəsinin sədri M.Şabıyev və Zevin kənd Bələdiyyəsinin sədri Ş.Qadirli barəsində barəsində protokol tərtib olunub. Dominos pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!