Yasamalda partlayış: Daha 2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Yasamalda partlayış: Daha 2 nəfər öldü

Hadisə

10 İyul 2026 17:53 84


İyulun 4-ü Yasamal rayonundakı Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayışda xəsarət almış şəxslərə dair yeni məlumat var.

"Yeni Sabah" xəbər verir ki, 2011-ci il təvəllüdlü yeniyetmə qızın müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Reansimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1984-cü il təvəllüdlü kişi və 1990-cı il təvəllüdlü (qadın) şəxslərin bioloji ölüm faktı qeydə alınıb. pizza sifarişi

Xatırlatma: hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!