Lənkəranda yaşayış evindən 75 500 manat pul oğurlayan şəxslər saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub. Toyuqlu pizza
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.
Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız