“Yaşıl Marafon 2022” kampaniyası çərçivəsində növbəti aksiya keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Yaşıl Marafon 2022” kampaniyası çərçivəsində növbəti aksiya keçirilib

Sosial

11 Aprel 2022 17:11 202


“Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası bu gün Müşfiqabad qəsəbəsində keçirilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları-Azərbaycan Banklar, Azərbaycan Sığortaçılar, Azərbaycan Mikromaliyyə, Azərbaycan Fintex, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyalarının rəhbərliyi və kollektivi qoşulub.

Aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib. Dominos pizza

Qeyd edək ki, bugünkü ağacəkmə aksiyası ETSN ilə adıçəkilən Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!