Yəməndə gərginlik pik həddə - 122 mindən çox insan didərgin düşüb

saytların hazırlanması

Evə çatdırılma

Yəməndə gərginlik pik həddə - 122 mindən çox insan didərgin düşüb

Dünya

18 Sentyabr 2026 12:08 92


Yəməndə sentyabrın ilk yarısında qarşıdurmaların şiddətlənməsi nəticəsində 122 mindən çox insan evindən didərgin düşüb.

“Yeni Sabah” xəbər verir ki, sentyabrın 1-dən 15-dək Husilərlə gedən döyüşlər səbəbindən 17852 ailədən ibarət 122297 nəfər yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, ən çox köç Yəmənin cənub-qərbində yerləşən Taiz vilayətində qeydə alınıb. Burada 9 562 ailədən 66 972 nəfər evindən didərgin düşüb. pizza sifarişi

Lahicdə 4 511 ailədən 31 577, Adendə isə 1 180 ailədən 5 555 nəfər köçkün düşüb.

Qeyd olunub ki, Hudeydə vilayətinin Hayis və əl-Huha rayonlarında daha əvvəl evlərini tərk etmiş 1 471 ailə döyüşlərin yenidən şiddətlənməsi səbəbindən ikinci dəfə köçərək Adenə getməli olub. Köçkünlərin əsas ehtiyacları arasında sığınacaq, ərzaq, içməli su, tibbi xidmət, gigiyena vasitələri və maddi yardım göstərilir.

Yəmən xarici işlər naziri Afrah əz-Zube ABŞ-ni Husilərə İran tərəfindən silah, maliyyə və hərbi dəstəyin çatdırılmasının qarşısını almaq üçün konkret addımlar atmağa çağırıb. Nazir ABŞ rəsmisi Nil Hop ilə telefon danışığında ölkədəki son vəziyyəti, Husilərin fəaliyyətinin regional təhlükəsizliyə və beynəlxalq gəmiçiliyə təsirini müzakirə edib.

Zube Husilərin mülki infrastruktura zərər vurduğunu və insanların didərgin düşdüyünü bildirib. O, beynəlxalq ictimaiyyəti Yəmən hökumətinə dəstək verməyə çağırıb.

ABŞ rəsmisi isə Husilərin beynəlxalq gəmiçiliyə və regional təhlükəsizliyə qarşı hücumlarını pisləyərək, Vaşinqtonun Yəmən hökuməti və xalqına dəstəyini davam etdirəcəyini bildirib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!