Yeni il axşamı Bakıda ictimai nəqliyyat necə işləyəcək?

saytların hazırlanması

Evə çatdırılma

Yeni il axşamı Bakıda ictimai nəqliyyat necə işləyəcək?

Sosial

30 Dekabr 2023 17:48 622


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələri və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alınaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

“Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb”, - məlumatda deyilir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!