Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verildi

saytların hazırlanması

Evə çatdırılma

Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verildi

Sosial

10 Aprel 2022 14:22 765


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı”nın icrası davam edir.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, cari ilin ötən dövrü ərzində proqram çərçivəsində bu ilin əvvəlindən 461 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. Göndəriş verilənlərin bir hissəsi ilə əmək müqavilələri bağlanıb, digərləri ilə həmin müqavilələrin bağlanması işləri davam edir.

2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 219 işəgötürənlə əməkdaşlığa başlanıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 700 nəfər işlə təmin edilib. Dördpendirli pizza

Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri, əlilliyi olan şəxslərdir.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!