Yenisabah.az-da “Redaksiya siyasəti və peşə etikası qaydaları” müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Yenisabah.az-da “Redaksiya siyasəti və peşə etikası qaydaları” müzakirə olundu

Sosial

25 Aprel 2022 12:39 699


Bu gün Yenisabah.az saytının redaksiyasında Media İnkişafı Agentliyinin (MEDİA) tövsiyyələrinə uyğun olaraq “Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr aparılıb.

Müzakirələrdə Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə çıxış edərək kollektivin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi (şablonu) hazırlayıb təqdim ediblər. Müzakirə edilən sənədin Redaksiya heyəti tərəfindən müzakirə edilərək təsdiq edilməsi müsbət haldır və ümumi işin inkişafına xidmət edir.

Seymur Verdizadə vurğulayıb ki, dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış/rəftar qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. Bu kodekslər media qurumunun missiyasını, ictimai məqsədlərini, fəaliyyətində söykəndiyi və rəhbər tutduğu dəyərləri, standartları, prinsipləri ictimaiyyət üçün aydınlaşdırır. pizza

Baş redaktor deyib ki, “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb.

Sonra əməkdaşlar "Qaydalar"la bağlı öz fikirlərini bölüşüblər. Səsələndirilən təkliflər nəzərə alınıb. Qərara alınıb ki, sənəd yenidən işlənsin və səsləndirilən təkliflər mətnə əlavə ediləndən sonra yaxın günlərdə Yenisabah.az saytında xüsusi bölmədə yerləşdirilsin. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!