Yeraltı radar, dron... - İtkin-şəhidlərin axtarışında yeni üsullar

saytların hazırlanması

Evə çatdırılma

Yeraltı radar, dron... - İtkin-şəhidlərin axtarışında yeni üsullar

Sosial

30 İyun 2026 12:46 82


İtkin düşmüş şəxslərin axtarışı üçün müasir texnologiyalardan istifadə ediləcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, gələn il xüsusi yeraltı radarla müşahidə sistemlərinin alınması planlaşdırılır: Pepperoni pizza

“Bu tip sistemlər artıq bir neçə Skandinaviya ölkəsində uğurla sınaqdan keçirilib. Onlar insan qalıqları da daxil olmaqla böyük yeraltı obyektləri aşkar etməyə imkan verir. Yeni nəsil pilotsuz uçuş aparatlarının tətbiqi də planlaşdırılır. Dronlar qabaqcıl skanerlər və sensorlarla təchiz olunacaq. Digər mühüm üstünlük onların xəritələndirmə imkanlarıdır. Onlar bir gün ərzində 45 kvadrat kilometrdən artıq ərazinin xəritəsini hazırlaya bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!