Yol Polisi pişiklərin müdafiəsinə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Yol Polisi pişiklərin müdafiəsinə qalxdı

Sosial

07 Dekabr 2023 16:49 443


Baş Dövlət Yol Polisi İdarəsi soyuq qış aylarında pişiklərin təhlükəsizliyi məsələlərində sürücülərə diqqətli olmağı məsləhət görüb.

Yenisabah.az xəbər verir ki, idarənin paylaşdığı məlumatda bildirilib ki, soyuq qış aylarında pişiklər isti yer axtarırlar və adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir.

Məlumatda vurğulanıb: "Çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir. Diqqətli olaq ki, həmin avtomobil işə salındıqda kiçik dostlarımıza xəsarət yetirməyək”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!