Yol polisi reyd keçirdi: 30 avtobus sürücüsü saxlanıldı

Yol polisi reyd keçirdi: 30 avtobus sürücüsü saxlanıldı
Sent 10, 2019 13:20
Oxunma sayı: 68

Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə birlikdə Göyçay və Ağdaş rayonlarının avtovağzallarında sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı reyd keçirib.

"Yeni Sabah"ın məlumatına görə, reydlər əsasən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və tibbi müayinədən keçməyən sürücülərin aşkar edilməsi məqsədilə keçirilib.

Keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 30 avtobus sürücüsü saxlanılıb. Həmin sürücülərə qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib.

Yenisabah.az