Yol polisindən sürücülərə MÜRACİƏT 

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən sürücülərə MÜRACİƏT 

Sosial

15 Fevral 2024 10:46 360


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. 

Bu barədə Yenisabah.az-a BDYPİ-dən məlumat verilib. 

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə aşağı enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hava şəraitinin fevralın 18-dək davam edəcəyi gözlənilir:  Toyuqlu pizza

"Hazırda paytaxt ərazisində müşahidə olunan dumanı, eləcə də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçılarıdan yollarda diqqətli olmalarını xahiş edirik. Xüsusilə, səfərə çıxan sürücülərə, yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!