Yol polislərinə lüks maşınlar verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yol polislərinə lüks maşınlar verildi - Foto

Avto

31 Oktyabr 2023 17:35 33376


Baş Dövlət Yol Polisi İdarəsinə yeni avtomobillər verilib.

“Yeni Sabah”  APA-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə bir sıra fotolar paylaşılıb. "Volvo S90" modeli olan avtomobillər artıq xidməti maşın kimi istifdaə olunur.

Qeyd edək ki, BMV modelindən sonra patrul avtomobilləri "Mersedes" modelinə qismən keçid etmişdi. Həmçinin "Hunday" və KİA-nın bəzi modellərindən də DYP-də xidməti avtomobil kimi istifadə olunur. pizza mizza

"Volvo" markası isə DYP sistemində yenidir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib.

“Yeni Sabah” bildirir ki, sözügedən avtomobillərin “Volvo”nun Azərbaycandakı rəsmi dilerində satış qiyməti 55 260 Avrodur (99 203 AZN).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Rayonlarda təcili yardım maşınları hələ də köhnə "qazel"lərdir. Gözəl seçimdir. Rəsmi dilerdəki qiyməti bildik, bəs neçəyə alıblar görəsən.?
    3 years ago
  • RAHİM
    NECƏ OLUR Kİ UŞAQ PULU, PENSİYÇILARA NORMAL GÜZARAN ÜÇÜN PUL TAPMAYAN HÖKUMƏT YOL POLİSİNƏ BELƏ BAHALI MAŞIN ALIB.
    3 years ago
  • Rahid
    Uşaqpulu verməyən və verdiyi sosial müavinəti min bəhanələrlə kəsən dövlətimizə belə gözəl maşınlar yaraşır.
    3 years ago
  • Vasif Şıxəliyev
    Nə isə...
    3 years ago