“Yüksəliş”in qalibinə yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

“Yüksəliş”in qalibinə yüksək vəzifə verildi

Sosial

04 Aprel 2023 14:23 1081


İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub. 

Yenisabah.az xəbər verir ki, bu vəzifəyə İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Elkiyar Ziyadov təyin edilib.

Qeyd edək ki, E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb və sözügedən qurumun strukturlarında müxtəlif vəzifələrdə çalışıb. 2018-2021-ci illərdə isə SOCAR-ın Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib. Marqarita pizza

E. Ziyadov 2021-ci ilin noyabr ayından etibarən İZİA-da təyinatadək “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2018-ci ildən bu yana Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə Modelləşdirməsi və Proqnozlaşdırma fənni üzrə dərs deyir.

E. Ziyadov ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!