Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Yunanıstan fəlakətin astanasında: Elektrik enerjisinin verilməsi dayandırılır
02 Avq 2021 17:21
757

Yunanıstan fəlakətin astanasında: Elektrik enerjisinin verilməsi dayandırılır

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis həddindən artıq isti hava və meşə yanğıları səbəbindən vətəndaşlara müraciət edib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şərqindəki Kiryoneri bölgəsini ziyarət edən Mitsotakis, elektrik kəsintilərinin ola biləcəyini açıqlayıb.

Mitsotakis müraciətdə vətəndaşlara “elektrik istifadənizi məhdudlaşdırın” ifadəsini işlədib. İsti havanın sistemə zərər verə biləcəyini söyləyib.

Yunanıstan 1987-ci ildən bəri ən yüksək istilik dalğasını yaşayır. Bu səbəbdən də  bəzi bölgələrdə meşə yanğınları meydana gəlir.

Qeyd edək ki, 1987 -ci il iqlim fəlakəti zamanı bir həftədə 1000-dən çox insan ölüb.

Nəzrin Vahid

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər