Zabratda yollar rənglənir

Zabratda yollar rənglənir
İyun 12, 2019
Oxunma sayı: 96

Bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Yeni Sabah”a verilən məlumata görə, məqsəd Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Analoji işlər axşam saat 22:00-da səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.