Zahid Orucun işi nə olacaq?

Zahid Orucun işi nə olacaq?

Sosial Veb saytların hazırlanması

12 Fevral 2019 14:56 776


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.  Deputat Zahid Oruc sərəncamla Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Bəs Zahid Orucun işi nədən ibarət olacaq?

“Yeni Sabah” xəbər verir ki,  mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaqdır. Bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Sərəncama əsasən;

- Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin  inkişaf dinamikasının sistemli təhlilini aparacaq.

- Bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin  dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq.

- Müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və   sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

Qeyd edək ki, sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!