Zakir Fərəcova nə olub? – “Maşallah sağlamdır”

saytların hazırlanması

Evə çatdırılma

Zakir Fərəcova nə olub? – “Maşallah sağlamdır”

Sosial

28 Yanvar 2022 14:09 1824


Sumqayıt şəhər İcra Hakimiyyətinin icra başçısı Zakir Fərəcovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumatlar yayılıb. İddia olunur ki, icra başçısı bu səbəbdən işə çıxmır. Onun səlahiyətlərini isə tabeliyində olan şəxslər icra edir.

Qaynarinfo məsələ ilə bağlı Zakir Fərəcovun birinci müavini Teymur Səmədovla əlaqə saxlayıb. Birinci müavin iddiaların əsassız olduğunu bildirib: 

"Deyilənlər həqiqətə uyğun deyil. Zakir müəllimin səhhətində hər hansı problem yoxdur. Hazırda da iş başındadır. Yanında qonaqları var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkili Hicran Hüseynova, BMT-nin nümayəndəsi də burdadır. Bu gün Sumqayıtda Qadın Resurs Mərkəzi açılır. Zakir müəllim də qonaqları qəbul edir. Mərkəzin açılış mərasimində də iştirak edəcək.  Dominos pizza

Maşallah sağlamdır, gümrahdır, heç bir problemi də yoxdur. Ağsaqqala həmişə hörmət etməliyik. Tutaq ki, o, heç mənim rəhbərim deyil. Amma ağsaqqaldır axı. Belə insanlara hörmət etmək lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!