Zaxarova: “Yaponiya üçün qapı bağlanıb“

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: “Yaponiya üçün qapı bağlanıb“

Dünya

10 Fevral 2023 17:17 931


“Yaponiya ilə sülh müqaviləsi imzalamaq imkanları mövzusu Rusiya Federasiyası üçün bağlanıb”.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

XİN sözçüsü bildirib ki, ABŞ-ın hipersəs raketlərinin Yaponiya ərazisində yerləşdirilməsi regionda təhlükəsizlik vəziyyətini keyfiyyətcə dəyişəcək və dünyada strateji sabitliyə mənfi təsir edəcək. Sezar pizza

Xatırladaq ki, İkinci Dünya müharibəsinin sonunda Rusiya və Yaponiya arasında sülh müqaviləsi bağlanmadığı üçün bu ölkələr kağız üzərində müharibə vəziyyətində hesab olunurlar. Moskva və Tokio arasında ərazi mübahisələri, əsasən də Kuril adaları məsələsi hələ də mövcuddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!