Zəfərə gedən yolun ilk şəhidləri... - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zəfərə gedən yolun ilk şəhidləri... - VİDEO

Sosial

28 Sentyabr 2022 08:14 1087


Sərxan Həsənov, Həsən Dəmirov...Onlar Vətən müharibəsinin ilk günündən torpaqlarımızı azad etmək üçün irəli atılan qəhrəmanlarımızdandır.

Tovuz rayonunun Əlibəyli kənd sakini 24 yaşlı Sərxan Həsənov 2-ci Qarabağ müharibəsinin ilk günü düşmən mövqelərinin məhv edilməsi zamanı şəhid olub.

Sərxan Füzuli istiqamətində gedən döyüşdə düşmənin bir neçə zirehli texnika və canlı qüvvəsini sərrast atışla məhv edib. Qəhrəman şəhidimiz şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə" və "İgidiliyə görə" medalları ilə təltif edilib. pizza sifarişi

Cəlilabadlı Həsən Dəmirov da müharibənin ilk saatlarından döyüşlərə qatılan igidlərimizdəndir. Həsən Suqovuşan-Talış istiqamətində düşmənin illərlə qurduğu istehkamları igidliklə yarıb. O, düşmənin ağır texnikalarının və canlı qüvvəsinin məhv edilməsiidə xüsusi rəşadət göstərib.

İgid döyüşçü düşmənin 6 postunun alınmasıında iştirak edib.

Həsən Dəmirov ölümündən sonra ''Vətən Uğrunda'' və ''Laçının azad olunmasına görə'' medalları ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!