Samux rayonunda ət məhsulundan zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı artıb.
"Yeni Sabah" xəbər verir ki, xəstəxanaya zəhərlənmə ehtimalı ilə bağlı daha 4 nəfər gətirilib.
Həmin şəxslər 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974 cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984 cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Dominos pizza
Bundan əvvəl isə xəstəxənaya gətirilənlər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.
Telegram kanalımız