“Avropa İttifaqı Rusiyaya qarşı sanksiya təzyiqini artırmalıdır, çünki təcavüzkar dövlət məhdudiyyətlərə uyğunlaşır”.
Yenisabah.az “RBC-Ukraine”ə istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə brifinqdə deyib.
Zelenski Leyen ilə Rusiyaya qarşı yeni 10-cu sanksiyalar paketini müzakirə edib: pizza mizza
“Avropanın ümumi vəzifəsi Rusiyanın sanksiyalardan yayınma qabiliyyətini azaltmaqdır. Bu vəzifə nə qədər tez və yaxşı həyata keçirilərsə, Rusiya Federasiyasının təcavüzünə qalib gəlməyə bir o qədər yaxın olarıq. İndi görürük ki, Avropada sanksiyaların sürəti bir qədər yavaşlayıb, terror dövləti isə əksinə, sanksiyalara uyğunlaşma tempini artırır”.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə Rusiyanın Ukrayna ərazilərinə hücum etdiyinə görə cəzasını çəkdiyini deyib.
Rusiyanın Avropa banklarındakı aktivlərinin dondurulduğunu xatırladan xanım siyasətçi bu vəsaitlərin Ukraynaya xərclənəcəyini bildirib.
Sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərinə də toxunan Leyen sutkalıq olaraq bu ölkənin 160 milyon avro həcmində vəsaiti itirdiyini qeyd edib.
Telegram kanalımız