Zelenski: “Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub“

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: “Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub“

Dünya

26 Yanvar 2023 14:20 605


“Həyat yoldaşım və uşaqlarımı nadir hallarda görürəm. Lakin görüşəndə birlikdə yemək yeyir və müharibə haqqında danışırıq”.

Yenisabah.az “Sky nuys”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük deyib.

O bildirib ki, savaş təkcə xalqına deyil, həm də ailəsinə, xüsusilə 10 yaşlı oğluna təsir edib: “Təəssüf ki, uşaqlarımı az-az görürəm. Onları 10 gündən bir görə bilirəm. Oğlumun cəmi 10 yaşı var. Amma o da başa düşür ki, bu müharibə faciədir. Hətta məncə, onlar bunu məndən daha yaxşı bilirlər”. pizza mizza

V.Zelenskinin sözlərinə görə, 2022-ci il fevralın 24-ü ailəsi üçün uzun, çətin gecə olub: “Həmin gecə partlayışlar və zənglərin olduğunu xatırlayıram. Yoldaşıma dedim ki, hazır ol. Ona evdə, yəni prezident iqamətgahında qalmağın təhlükəli olduğunu söylədim. Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub. Amma kəşfiyyat idarələrinin tövsiyələrinə əməl etmədim, heç hara getmədim”.

Dövlət başçısı deyib ki, o, indiki gərgin məqamda da yumor hissini qoruya bilir: “Mən yumor hissimi heç vaxt itirməməmişəm. Düşünürəm ki, insanlar yumoru itərəndə ruhi vəziyyəti də pisləşir. Qələbəni təmin etmək üçün hər səhər nə edəcəyin barədə düşünməlisən”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!