Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinə qarşı müharibəyə başlayan Rusiyanı cəzalandırmaq üçün məhkəmə yaradılmalıdır.
Yenisabah.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Nyu-Yorkda dünya liderlərini bir araya gətirən ən böyük diplomatiya forumu olan BMT-nin 77-ci Baş Assambleyasının iclasında iştirakçılara müraciət edib.
BMT-nin 77-ci Baş Assambleyasına videokonfrans vasitəsilə qatılan Zelenski ölkəsinin bu gün Rusiyanın hücumlarına qarşı özünü müdafiə etdiyini bildirib. Dördpendirli pizza
“Biz təcavüzkarı Ukrayna dövlətinin beynəlxalq səviyyədə tanınan sərhədindən kənara itələyirik” deyib.
Zelenski bəyan edib ki, Rusiya ölkəsinin ərazisini işğal edib və minlərlə insanın ölümünə səbəb olub. Onu cəzalandırmaq üçün məhkəmə yaradılmalıdır.
Telegram kanalımız